Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin müavinlərini qəbul ediblər
Müdafiə Nazirliyində Azərbaycanın müdafiə nazirinin müavinlərini qəbul ediblər

 
Azərbaycan Respublikasının müdafiə nazirinin müavinləri Gürcüstanda rəsmi səfərdədirlər. Nazir müavini, Hərbi Hava Qüvvələri komandanı-general-leytenant Ramiz Tahirov və Aqil Qurbanovu müdafiə nazirinin müavini Qiorqi Xaindrava və Müdafiə Qoşunları komandanının müavini general-mayor Zaza Çxaidze qəbul ediblər.

Baş Qərargahda keçirilən görüşdə tərəflər müdafiə sahəsində sıx tərəfdaşlıq məsələlərini və gələcək planları müzakirə ediblər. Görüşün əsas mövzularından biri ikitərəfli və üçtərəfli formatlarda cari əməkdaşlıq məsələləri olub.

İki ölkənin müdafiə qurumlarının rəhbər şəxsləri müdafiə sahəsində müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sənaye və hava hücumundan müdafiə sahəsində əməkdaşlığı gücləndirmək arzusunu ifadə ediblər.

İki günlük səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin müavinləri Qəhrəmanlar Meydanında, Gürcüstanın birliyi uğrunda gedən döyüşlərdə həlak olan qəhrəmanların memorialı önünə əklil qoyublar, xatirələrini ehtiramla yad ediblər. Qonaqlar “Delta” Dövlət Hərbi Elmi Mərkəzində də olublar, müəssisənin məhsulları və istehsal imkanları ilə yerindəcə tanış olublar.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.