Müdafiə Nazirliyi -Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 10-cu Ərazi Müdafiəsinin 102-ci Batalyonunun şəxsi heyəti Şovidə axtarış-xilasetmə prosesində fəal iştirak edir
Müdafiə Nazirliyi -Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 10-cu Ərazi Müdafiəsinin 102-ci Batalyonunun şəxsi heyəti Şovidə axtarış-xilasetmə prosesində fəal iştirak edir

Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 10-cu Ərazi Müdafiəsinin 102-ci Batalyonunun şəxsi heyəti Şovidə davam edən axtarış-xilasetmə prosesində fəal iştirak edir.

“Ehtiyatda olan hərbçilərin şəxsi heyəti Müdafiə Qoşunlarının hərbçiləri və Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə edilməsi xidmətinin xilasediciləri ilə təbii fəlakət zonasında koordinasiyada işləyir. Xilasetmə və axtarış işlərinə Müdafiə Qüvvələrinin Şərq və Qərb komandanlıqlarının hərbi xidmətçiləri, döyüş mühəndis batalyonları, Qoşunların Maddi-Texniki Təminat Komandanlığı və Milli Qvardiyanın 102-ci Ərazi Müdafiə Batalyonunun şəxsi heyəti cəlb olunub”, – Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.