Müdafiə Nazirliyi - “Didqori 2023” əvvəlki təlimlərlə müqayisədə daha genişmiqyaslıdır
“Didqori 2023” idarələrarası komanda-qərargah təlimi əvvəlki təlimlərlə müqayisədə daha genişmiqyaslıdır. Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayır.
Qurumun açıqlamasına əsasən, builki təlim ssenarisi böhran vəziyyətində strateji və əməliyyat səviyyələrində koordinasiya və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi ilə yanaşı, Müdafiə Qüvvələrinin bölmələri və müxtəlif qurumlar arasında taktiki səviyyədə sinxronizasiya və əlaqələndirmənin dərinləşdirilməsini də nəzərdə tutur.
“Didqori 2023” çərçivəsində sahə komponentinə ilk dəfə Orpolo poliqonunda icra edilmiş- düşmənin qarşısını almaq təlimi əlavə edilib , təlimdə üçüncü piyada briqadasının 32-ci piyada batalyonu dəstəkləyici birləşmələrlə birlikdə canlı atəşlə düşmənin qarşısını kəsib.
Təlimdə 33-cü qarışıq zirehli batalyonun mexanikləşdirilmiş və tank yüzlüyü, 34-cü artilleriya batalyonunun 120 millimetrlik minaatan, eləcə də briqadanın ayrıca kəşfiyyat yüzlüyünün bir onluğu, mühəndis yüzlüyünün bir onluğu və Milli Qvardiyanın ehtiyatda olan hərbçiləri iştirak ediblər. İdarələrarası təlim bu il doqquzuncu dəfədir keçirilir. Təlimin məqsədi böhran vəziyyətlərində dövlət qurumları arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsidir.