Müdafiə qüvvələrinin nümayəndələri Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad ediblər
Müdafiə qüvvələrinin nümayəndələri Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad ediblər

 
Bu gün Arçil Tatunaşvilinin doğum günüdür. Onun 41 yaşı tamam olacaqdı. Bu günlə əlaqədar Gürcüstanın Müdafiə Qüvvələrinin nümayəndələri Muxatqverdi Qardaşları məzarlığında olublar.

Hərbi qulluqçular Arçil Tatunaşvilinin xatirəsini ehtiramla yad edib və mərhumun ailə üzvlərinə bir daha başsağlığı veriblər.

Arçil Tatunaşvilini 2018-ci ilin fevralın 22-də Axalqoridə işğal rejimi qanunsuz olaraq saxlayıb. Fevralın 23-də isə Arçil Tatunaşvilinin öldürüldüyü məlum olub. Kiçik serjant Arçil Tatunaşvili 2007-2011-ci illərdə Gürcüstanın Müdafiə Qüvvələrində xidmət edib. O, hərbi qaydada Muxatqverdi Qardaşları məzarlığında dəfn edilib.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.