Müdafiə Qüvvələrinin komandanı Türkiyə Respublikasının Gürcüstandakı səfiri ilə görüşüb
Müdafiə Qüvvələrinin komandanı Türkiyə Respublikasının Gürcüstandakı səfiri ilə görüşüb

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay ilə görüşüb.

Tərəflər ölkələr arasında strateji tərəfdaşlıq və müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə Gürcüstan Müdafiə Qüvvələrinin inkişafı prosesində, o cümlədən hərbi təhsil, birgə təlimlər, ekspert, maddi-texniki və digər müxtəlif istiqamətlərdə Türkiyənin göstərdiyi dəstək, həmçinin NATO-Gürcüstan Əhəmiyyətli Paketinin (SNGP) həyata keçirilməsinə yardımı qeyd edildi.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.