Müdafiə Qüvvələrinin komandanı Qiorqi Matiaşvili Şovidə aparılan işlərlə tanış olub
Müdafiə Qüvvələrinin komandanı Qiorqi Matiaşvili Şovidə aparılan işlərlə tanış olub

Gürcüstan Müdafiə Qüvvələrinin komandanı təbii fəlakət zonasında olub, tamamlanan və aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.

Müdafiə Nazirliyinin məlumatına görə, general-mayor Qiorqi Matiaşviliyə Müdafiə Qüvvələrinin şəxsi heyətinin cəlb olunması, qarşıda duran vəzifələr, cəlb olunmuş texnika və səhra komanda məntəqəsində yerləşmə yerləri barədə ətraflı məlumat verilib.

General-mayor Qiorqi Matiaşvili həmçinin axtarış işləri aparılan yerdə olub, əsgərlərlə söhbət edib, onlara təşəkkür edib.