Müdafiə Qüvvələrinin hərbi bazalarında infrastrukturun yenilənməsi prosesi gedir
Müdafiə Qüvvələrinin hərbi bazalarında infrastrukturun yenilənməsi prosesi gedir

 

Gürcüstan Müdafiə Nazirliyinin məlumatında Müdafiə Qüvvələrinin hərbi bazalarında infrastruktur layihələrinin son mərhələdə olduğu deyilir.

Müdafiə nazirinin müavini Qriqol Qiorqadze Xonidə 6-cı artilleriya briqadasında həyata keçirilən və cari infrastruktur işləri ilə tanış olub. Hərbi bazada onu Qərb komandiri, briqada generalı Koba Qriqolia qarşılayıb.

Qriqol Qiorqadze döşəməsi, tavanı, divarları yenilənmiş və yeni duş kabinələri ilə tam təchiz olunmuş kazarmalara baxış keçirib. Müasir işıqlandırma sistemləri qurulub, kanalizasiya və mühəndis şəbəkələri bərpa edilib. Qərb komandanlığının ərazisində çoxfunksiyalı mini idman meydançasının təşkili də nəzərdə tutulur. İnfrastruktur işləri ilə tanış olan nazir müavini artilleriya kəşfiyyat qruplarının simulyasiya sinfində təlim prosesində də iştirak edib.

Gürcüstan Müdafiə Qüvvələrində infrastrukturun tam yenilənməsi davam edir və cari ilin sonunadək başa çatdırılacaq. Tezliklə gürcü ordusu NATO standartlarına uyğun olan bazalarda ölkəyə xidmət göstərəcək.