Müdafiə qüvvələri fəlakət bölgəsinə gəlib [foto]
Müdafiə qüvvələri fəlakət bölgəsinə gəlib [foto]

Gürcüstan Müdafiə Nazirliyinin müdafiə qüvvələri Oni Munisipalitetində, fəlakət zonasındadır.

Hərbçilər xüsusi texnika ilə axtarış-xilasetmə işlərinə cəlb olunacaqlar.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bu gün Şovidə olarkən bildirib ki, hadisələrə xilasedicilərlə yanaşı, müdafiə qüvvələri də cəlb olunacaq.

Bundan əlavə, müdafiə naziri Cuanşer Burchuladze təbii fəlakət bölgəsində olarkən qeyd edib ki, müvafiq texnikaya malik müdafiqə bölmələri xüsusi olaraq xilasetmə işlərində iştirak edəcəklər.