Mtsxeta ərazisində Mtkvari çayının müəyyən hissəsi donub.
Qeyd edilməlidir ki, hava temperaturunun kəskin dərəcədə düşməsinə görə, bütün Gürcüstan miqyasında göllərin və su rezervlərinin üzü müxtəlif qalınlıqda buz kəsib.
Fövqəladə hallar xidməti bu gün bəyanat yaydı və vətəndaşları gölün üstündə donan buzda gəzməmələri üçün müraciət etdi.



