Mtkvari çayında Soso Kutateladzenin öldürüldüyü silahı axtarırlar
Mtkvari çayında Soso Kutateladzenin öldürüldüyü silahı axtarırlar

Rustavi ərazisində, Mtkvari çayının sağ sahilində istintaq-axtarış işləri davam edir.

Birinci kanalın axtarış yerində olan jurnalistinin məlumatına görə, polis, general Soso Kutateladzenin öldürüldüyü silahı axtarır.

Daxili İşlər Nazirliyi təsdiqləyir ki, Mtkvaridəki axtarış Soso Kutateladzenin işinin istintaqı çərçivəsində keçirilir.

Sabiq deputat və general Soso Kutateladze, yanvarın 15-də Rustavidə öldürülmüş halda tapıldı.