MSX- yanvar-oktyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 16,2 faizlə artıb
MSX- yanvar-oktyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 16,2 faizlə artıb

 
2023-cü ilin yanvar-oktyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 17 785,4 mln. ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faizlə çoxdur-bu barədə Milli Statistika Xidmətinin ilkin göstəricilərində deyilir. Bundan, MSX-nin məlumatına əsasən, ixrac 5 102,3 mln. ABŞ dolları təşkil edib, yəni 12,5 faizlə artıb, idxal isə 12 683,1 mln. ABŞ dolları – artım 17,8 faiz təşkil edib.

2023-cü ilin yanvar-oktyabr aylarında Gürcüstanın mənfi ticarət saldosu 7 580,9 mln. ABŞ dolları təşkil edib, bu da xarici ticarət dövriyyəsinin 42,6 faizini təşkil edir.

Qurumun hesabatına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində on ən böyük ticarət tərəfdaşı ölkənin payı 68,8 faiz təşkil edib. Ölkənin ən böyük ticarət tərəfdaşları -2 462,8 mln. ABŞ dolları ilə Türkiyə, 2 040,2 mln. ABŞ dolları ilə Rusiya və 1 665,6 mln. ABŞ dolları ilə Amerika Birləşmiş Ştatlarıdır.