MSX - Yanvar-oktyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 16,2 faiz artıb
MSX - Yanvar-oktyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 16,2 faiz artıb

Milli Statistika Xidmətinin ilkin göstəricilərinə əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət olmadan) 17 786,1 mln. ABŞ dolları təşkil edib, bu da əvvəlki ilin müvafiq göstəricisindən 16,2 faiz çoxdur.

Bundan, MSX-nın məlumatına görə, ixrac 5 102,7 mln. ABŞ dolları olub, artım 12,5 faiz, idxal isə 12 683,4 mln. ABŞ dolları, yəni 17,8 faiz artıb.

2023-cü ilin yanvar-oktyabr aylarında mənfi ticarət saldosu 7 580,7 mln. ABŞ dolları olub, bu da xarici ticarət dövriyyəsinin 42,6 faizini təşkil edib.