MSX - yanvar-noyabr aylarında yerli ixrac 24,3 faiz azalıb
MSX - yanvar-noyabr aylarında yerli ixrac 24,3 faiz azalıb

Milli Statistika Xidmətinin ilkin göstəricilərinə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Gürcüstandan ixrac olunmuş malların həcmi (bəyan olunmamış ixrac olmadan) 5 584,3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

MSX-nın məlumatına görə, təkrar ixrac olmadan yerli ixrac ümumi ixracın 46,0 faizini təşkil edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3 faiz azalaraq 2 569,8 milyon ABŞ dollarına bərabər olub.

Bundan əlavə, agentliyin hesabatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Gürcüstanın ümumi yerli ixracında on ən böyük ölkənin payı 73,3 faiz təşkil edib. Bu baxımdan ən böyük ixrac tərəfdaşları 495,2 milyon ABŞ dolları ilə Rusiya, 328,7 milyon ABŞ dolları ilə Türkiyə və 247,6 milyon ABŞ dolları ilə Bolqarıstandır.