MSX - sentyabrda Gürcüstan iqtisadiyyatı 5,1 faiz artıb, 2023-cü ilin doqquz ayı üçün isə orta artım göstəricisi 6,8 faiz müəyyən edilib
MSX - sentyabrda Gürcüstan iqtisadiyyatı 5,1 faiz artıb, 2023-cü ilin doqquz ayı üçün isə orta artım göstəricisi 6,8 faiz müəyyən edilib

Milli Statistika Xidmətinin ilkin hesablamalarına görə, 2023-cü ilin sentyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 5,1 faiz, 2023-cü ilin doqquz ayının orta artım göstəricisi isə 6,8 faiz müəyyən edilib.

MSX-nın məlumatında 2023-cü ilin sentyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maliyyə və sığorta fəaliyyəti, tikinti, ticarət, otellər və restoranlar kimi sektorların artıma əhəmiyyətli töhfə verdiyi deyilir.

MSX-nın məlumatına əsasən, emal və mədənçıxarma sənayesi, nəqliyyat və anbar təsərrüfatı, eləcə də daşınmaz əmlak sektorunda azalma tendensiyası müşahidə olunub.