MSK rayon məntəqələri komisiyalarının yekunkaşdırıcı aktları ilə bağlı müxalifətin şikayətlərini qəbul etmədi

Mərkəzi Seçki Komisiyası bugünki iclasda rayon məntəqələri komisiyalarının yekunkaşdırıcı aktları ilə bağlı müxalifətin və GYLA-nın şikayətlərini qəbul etmədi.

İclasda qeyd olundu ki, müxalifət partiyaları və GYLA-Gənc Hüquqşunaslar Assosiyasiyasının qeyd olunan qərarı şikayət etmək üçün bir günü var.

Müxalifət partiyalarının nümayəndələrinin şikayətləri əsasən, rayon seçki məntəqələrinin yekun aktlarının ləğv edilməsi tələbindən ibarət idi.

Məsələn, “Avropa Gürcüstanı” 30 məntəqənin yekun aktının ləğv olunmasını tələb edirdi, “Milli Hərəkat” isə, 29 məntəqənin.

Müxalifət partiyalarının şikayətlərinin müzakirəsi MSK gündəminin ilk məsələsi idi.

MSK iclasında komisiya üzvləri gündəmdə nəzərdə tutulan 22 məsələyi müzakirə etdilər.

İclasda həmçinin, digər ölkələrdə açılan seçki qutularının səslərinin hesablanma nəticələri də müzakirə edildi.

Komisiya üzvləri həmçinin, majoritar seçki sistemi ilə seçkilərin ikinci turunun təyin edilməsi haqqında qərarı da müzakirə etdilər.

İclas saat 18:00-da başladı və səs-küy fonunda keçdi.

“Avropa Gürcüstanının” üzvləri MSK-nın sədri Tamar Jvaniyanın istefasını tələb edirdilər.

Paralel olaraq, MSK binasının qarşısında etiraz aksiyası keçirilirdi.