MSK-nın yanında keçirilən etiraz aksiyasında həbs edilən üç nəfər ərizə əsasında azad edildi
MSK-nın yanında keçirilən etiraz aksiyasında həbs edilən üç nəfər ərizə əsasında azad edildi

Mərkəzi seçki Komisiyasının yanında keçirilən etiraz aksiyasında həbs edilən üç nəfər, Daxili İşlər Nazirliyinin patrul polis departamentindən ərizə əsasında azad edildi.

MSK-nın yanındaki qarşıdurmadan sonra, polis üç nəfəri inzibati qayda ilə, 166-cı, 173-cü maddələrə əsasən, hüquq pozuntularına görə həbs etmişdi.

Qeyd olunan maddələr kiçik xuliqanlığı və polisə müqavimət göstərməyi nəzərdə tutur.

Qarşıdurma, gənclər tərəfindən binaya çadırlar daxil edilən zaman baş verdi.

Hüquqmühafizəçilər onlara MSK binasında çadır qurmağa icazə vermədilər.

“Leyborist partiyasının” gənclər təşkilatının nümayəndələri MSK-nın sədri Tamar Jvania ilə görüş tələb edirlər.

Aksiya iştirakçıları bəyan edirlər ki, Mərkəzi Seçki Komisiyası bugün 18:00-dan infeksiyaya yoluxan və öz təcriddə olan vətəndaşların seçkilərdə iştirak etmək haqqını əlindən alır.