MSK-da dairə seçki komissiyalarının müvəqqəti üzvləri ictimai müsahibə nəticəsində seçilib
MSK-da dairə seçki komissiyalarının müvəqqəti üzvləri ictimai müsahibə nəticəsində seçilib

 

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) keçirilən iclasda seçiləcək hər bir şəxsin adının tək-tək çəkilməsi yoluyla dairə seçki komissiyalarının müvəqqəti üzvləri seçilib.

“Şəffaflığın və açıqlığın təmin edilməsi məqsədilə MSK-nın iclası MSK-nın rəsmi “Facebook” səhifəsində canlı yayımlanıb və maraqlanan bütün tərəflər müvəqqəti üzvlərin seçilməsi prosesini müşahidə edə bilərdilər.

Müsabiqə iştirakçıları ilə müsahibələr açıq idi və bu da canlı yayımlanırdı; MSK-nın istənilən üzvünün, arzusu olması halında müsabiqə iştirakçıları ilə onlayn müsahibə apara bilmə və müsahibə əsasında müsabiqə iştirakçılarının bacarıqlarını, işə yönəlik münasibətlərini və motivasiyalarını müəyyən etmə, həmçinin onların təcrübələri haqqında detallı məlumat alma  imkanı var idi.

Qeyd etmək lazımdır ki, seçki qanunvericiliyi nə MSK-nı, nə də müsabiqə iştirakçılarını müsabiqənin gedişatı zamanı müsahibə aparmağa məcbur etmir, lakin müsahibənin təşkili və birbaşa translasiya seçki prosesinin şəffaflığına birbaşa töhfə verir və seçki administrasiyasının dairə seçki komissiyalarında müvəqqəti üzvləri seçərkən hansı kriteriumları rəhbər tutmalarına dair real mənzərəni əks etdirir.

Onların verdiyi məlumata görə, aralıq seçkiləri ilə bağlı 3 lokasiyada- 20 saylı Rustavi, 21 saylı Qardabani və 79 saylı Batumi seçki dairələrində elan olunmuş müsabiqəyə ümumilikdə 31 müraciət daxil olub.

“Müsabiqənin növbəti mərhələsinə 28 nəfər (10 qadın və 18 kişi) keçib. Müsahibədə 18 müsabiqəçi iştirak edib, 13-ü canlı yayıma razılıq verib. 4 lokasiyadan MSK-dan, Batumi, Rustavi və Qardabani Dairə Seçki Komissiyalarından onlayn rejimdə müsahibə aparılıb.

Burdaca xatırlatmaq istərdik ki, MSK ilk dəfə müsabiqə iştirakçıları ilə aparılan müsahibələrin ictimailəşdirilməsinə dair analoji qərarı 2021-ci ilin seçki dövründə verib.

MSK tərəfindən dairə seçki komissiyalarının müvəqqəti seçilmiş üzvlərinə gəlincə, onların müxtəlif illərdə seçki sahəsində iş təcrübələri var”- deyə MSK-dan bildirilib.