Mövlud Çavuşoğlu - Ukrayna və Rusiya arasında bugünkü danışıqlardan sonra ən mühüm irəliləyiş əldə olunub
Mövlud Çavuşoğlu - Ukrayna və Rusiya arasında bugünkü danışıqlardan sonra ən mühüm irəliləyiş əldə olunub

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, Ukrayna və Rusiya arasında bugünkü danışıqlardan sonra ən mühüm irəliləyiş əldə olunub.

O, bəzi məsələlərdə konsensusun əldə olunduğunu bildirib.

“Biz bu prosesi dəstəklədiyimizə görə şadıq. Ən qısa zamanda atəşkəs əldə edilməlidir. Bu müharibə indi bitməlidir. Bu gün biz görüşdə irəliləyişin əldə olunduğunu görürük . Bəzi məsələlərdə konsensus və qarşılıqlı anlaşma əldə olunub. Bugünkü danışıqlardan sonra ən mühüm irəliləyiş əldə olunub. Hesab edirik ki, daha mürəkkəb məsələlər daha yüksək səviyyədə müzakirə olunur. Gündəmdə əvvəlcə nazirlərin görüşü, sonra isə iki ölkə liderlərinin görüşü var” – deyə Çavuşoğlu bildirib.