Mövcud məlumata görə,Tbilisidə iki gün bundan əvvəl koronavirusa yoluxmuş və kontaktlarından 9-nun Covid 19-a yoluxması təsdiqlənən şəxs tibb işçisidir
Mövcud məlumata görə,Tbilisidə iki gün bundan əvvəl koronavirusa yoluxmuş və kontaktlarından 9-nun bu gün Covid 19-a yoluxması təsdiqlənən şəxs tibb işçisidir.
XNMM-nin rəhbəri A.Qamğrelidzenin jurnalistlərə bildirdiyi üzrə,yeni formalaşmış klasterin kontaktlarının tədqiqi aparılır.
“Şəxsi məlumatları heç vaxt vermərəm. Sizə deyə bilərəm ki, bunlar bir ailə və ailə ilə çox yaxın kontaktlardır. İnfeksiyanın ilkin mənbəyi, düşündüyümüz kimi, həmkarım olmalıdır. Daha sonra infeksiya ailəyə və sonrada ailənin yaxın kontaktlarına keçib.Bir daha qeyd edirəm araşdırma aparılır. Bu gün qrupumuz oraya getdi, əlavə bioloji nümunələr götürürlər və müvafiq olaraq dərin araşdırmalar davam etdiriləcək “-deyə Qamğrelidze bildirib.
Bununla yanaşı Qamğrelidze bildirir ki, Tbilisidə təsdiqlənmiş koronavirusa yoluxanların kontaktlarını karantin məkanlarına köçürürlər.
Hazırladı-Sevinc Mustafayeva