Moskvada ukraynalıların yenidən pilotsuz təyyarələrlə Krım yarımadasına hücum etməyə cəhd etdiklərini bildirirlər
Moskvada ukraynalıların yenidən pilotsuz təyyarələrlə Krım yarımadasına hücum etməyə cəhd etdiklərini bildirirlər

Rusiya rəsmiləri bildirirlər ki, ukraynalılar yenidən Krım yarımadasına dronlarla hücuma cəhd ediblər.

Moskvanın məlumatına əsasən, ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ilhaq edilmiş yarımada üzərində doqquz pilotsuz uçuş aparatını məhv edib, Qara dənizdə isə 8 dronu vurub.

İşğalçı rejimin nümayəndələri bildirirlər ki, pilotsuz təyyarələrdən biri Sevastopol şəhərində evlərin birinə düşərək yanğına səbəb olub.