Monteneqro vətəndaşlığını almaq 250-450 min avro olacaq. Bu qərarı hakimiyyət ölkənin nisbətən az inkişaf etmiş bölgələrinin iqtisadi yardımı məqsədi ilə qəbul etdi. Təklif qısa müddətlidir və yalnız 3 il sürəcək. Nisbətən daha artıq inkişaf etmiş bölgədə sərmayə yatırmaq istəyənlərə gəldikdə, vətəndaşlığın alınması 450 min avro olacaq.
Qeyd olunan təkliflə Avropa İttifaqının qeyri üzv ölkəsinin istənilən vətəndaşı istifadə edə bilər.