Rusiya Monteneqrolu diplomatları qovacaq
Rusiya Monteneqrolu diplomatları qovacaq

Rusiya Monteneqrolu diplomatları qovacaq, – bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Müvafiq etiraz notası Monteneqronun Rusiyadakı səfirinə artıq verildi.

Xatırladaq ki, Skripalinin işinə görə, rus diplomatlarının qovulmasına cavab olaraq 26 ölkə səfirliyinin əməkdaşı persona non qranta bəyan edildi.

Kreml Gürcüstan, Belçika və Macarıstan barəsində cavab tədbirlərini görməyib.