Moldovanın Baş naziri - “Vaqner” üsyanı Moskvanın zəifliyini ortaya qoydu
Moldovanın Baş naziri - “Vaqner” üsyanı Moskvanın zəifliyini ortaya qoydu

 

“Vaqner” üsyanı Moskvanın zəifliyini ortaya qoydu – bu barədə Moldovanın Baş naziri Dorin Rechani “Reuters”ə açıqlayıb.

“Son günlərdə gördüklərimiz Rusiya hökumətinin və Rusiya ordusunun komandanlığının zəifliyini göstərir. Rusiya düşündüyümüzdən qat-qat zəifdir” -deyə Moldovanın Baş naziri açıqlayır.

Rechaninin qeyd etdiyi kimi, Rusiyada dövlət çevrilişinə cəhd Ukraynanı motivasiya edəcək və onun döyüş ruhunu yüksəldəcək.

“Ukraynaya ölkəni müdafiə etmək və Rusiya qoşunlarını çıxarmaq məqsədilə lazım olanı təmin etmək üçün daha çox öhdəlik vacibdir”-deyə Rechani bildirir.