Moldovada, gələcəkdə “Gazprom”dan qaz almağı tamamilə istisna etmədiklərini deyirlər
Moldovada, gələcəkdə “Gazprom”dan qaz almağı tamamilə istisna etmədiklərini deyirlər

Moldovanın energetika naziri Viktor Parlikovun sözlərinə görə, o, gələcəkdə “Gazprom ”dan qaz alınmasını tamamilə istisna etmir. Bu barədə “Europeyskaya Pravda” məlumat yayıb.

“Mən istisna etmirəm ki, “Gazprom ” hələ də qazı daha yaxşı qiymətlərlə tədarük etmək üçün imkanlar axtarır. İndi bizim seçimimiz var və əgər onlar bizə daha yaxşı qiymət təklif etsələr və bu qiymət siyasi şəraitlə, Avropa İttifaqı ilə münasibətlərimiz arasında siyasi risklərlə bağlı olmasa, o zaman bu, mümkün olacaq”, – nazir bildirib.

Parlikov onu da bildirib ki, Moldova hələlik Avropa bazarından kənardan qaz almayıb, lakin onlar belə variantı nəzərdən keçirirlər.