Moldova Konstitusiya Məhkəməsi tərəfindən partiyası konstitusiyaya zidd elan edilən İlan Şor yeni siyasi platforma yaradır
Moldova Konstitusiya Məhkəməsi tərəfindən partiyası konstitusiyaya zidd elan edilən İlan Şor yeni siyasi platforma yaradır

 

Moldovada bu yaxınlarda konstitusiyaya zidd elan edilmiş Rusiyayönlü “Şori” partiyası yeni siyasi platforma – “Şans” yaradır” – bu barədə siyasi qüvvənin lideri İlan Şor açıqlayıb.

Media İlan Şorun özünün yeni partiyada siyasi koordinator vəzifəsini tutmağı planlaşdırdığını yazır. “Bu blok “Şori” partiyasının əvvəllər həyata keçirdiyi bütün layihələri həyata keçirəcək” – deyə Şor bildirib.

Siyasi qüvvənin lideri onu da bildirib ki, “Şori” partiyasını qanuna zidd elan edən Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək niyyətindədir.

Bundan əlavə, İlan Şor yeni platformanın məqsədinin yerli, prezident və parlament seçkilərində qalib gəlmək, həmçinin “Moldovanı zəngin, firavan, əsl müstəqil ölkəyə çevirmək” olduğunu bildirib.

“Bizim blok xoşbəxt və firavan Moldova qurmaq istəyən hər kəs üçün açıqdır. Blokun fəaliyyətinin siyasi koordinatoru rolunu üzərimə götürürəm” -deyə Şor qeyd edib.

Xatırladaq ki, iyunun 19-da Moldova Konstitusiya Məhkəməsi “Şori” partiyasını konstitusiyaya zidd kimi tanıyıb. Bundan sonra Moldova parlamenti “Şori” partiyasının ləğvini dəstəkləyib.