Mitç Semel - Bəlkədə Gürcüstanda gürcü dilində yayılan dezinformasiya rus dezinformasiyasından daha təhlükəlidir

Ola bilsin ki, kimsə rus dilini bilir, rus proqramlarına baxır, filmlərə və futbol matçlarına rus dilində baxır, ancaq bu demək deyil ki, o Rusiya təbliğatının qurbanı olur, – bu bəyanatı Long Island University-nin professoru Mitç Semel Birinci Kanalın “Həftənin müsahibəsi” proqramımda qonaq olarkən verdi. 

“Məncə Gürcüstanda yayılan gürcü dilindəki dezinformasiya daha təhlükəlidir” – dedi Semel.

Bu bəyanatla Mitçel verlişin aparıcısının sualına cavab verdi.

Aparıcı soruşdu ki, rus dilini bilər insanların, rus dilində proqramlara baxmaları onları avtomatik olaraq, rus informasiya propaqandasının qurbanı mı edir?

Mitç Semelin dediyinə görə, təbliğat ancaq o zaman güclü olur, nə zaman ki, insanlar onun təbliğat olduğunu anlaya bilmirlər.

“Məsələ, ABŞ-da ən böyük təbliğat ingilis dilində yayılır və insanlar onun təbliğat olduğunu belə anlaya bilmirlər və bu hər bir ölkədə baş verir” – dedi Sem Mitçel.