Misir Rafah sərhəd-keçid məntəqəsinə tanklar və zirehli texnika yerləşdirib
Misir Rafah sərhəd-keçid məntəqəsinə tanklar və zirehli texnika yerləşdirib

Misir Rafah sərhəd-keçid məntəqəsinə tanklar və zirehli texnika yerləşdirib.

Bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

Nəşrin yaydığı fotolarda sərhəd yaxınlığında onlarla tankın dayandığı görünür.

Medianın yazdığı kimi, Misir İsraillə “HƏMAS” arasındakı müharibə səbəbindən on minlərlə qaçqının Misirə köçə biləcəyindən ehtiyat edir.

İndiyədək sərhəd əsasən bağlı idi və yalnız humanitar yük maşınlarının Qəzzaya keçməsinə icazə verilirdi.

“The Times of Israel” yazır ki, 1979-cu ilin sülh müqaviləsinə əsasən, Misir Sinay yarımadasına məhdud sayda hərbçi yerləşdirə bilər.