Misir, Fransa və İordaniya liderləri Qəzzada dərhal atəşkəs tələbi haqqında birgə bəyanat dərc ediblər
Misir, Fransa və İordaniya liderləri Qəzzada dərhal atəşkəs tələbi haqqında birgə bəyanat dərc ediblər

 
Misir, Fransa və İordaniya liderləri birgə bəyanat dərc edir və bu bəyanatla Qəzzada dərhal atəşkəs tələb edirlər.

İordaniya kralı Abdullah, Fransa Prezidenti Emmanuel Makron və Misir Prezidenti Abdel-Fatah Al-Sisinin bəyanatında münaqişənin iki dövlətli həll yolu əsasında sülh yolu ilə həllinin zəruriliyindən bəhs edilir.

“Dözülməz insan tələfatını nəzərə alaraq, biz Misir, Fransa və İordaniya liderləri BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsinin dərhal və qeyd-şərtsiz yerinə yetirilməsinə çağırırıq” – bəyanatda qeyd olunub.

1,5 milyondan çox fələstinli mülki vətəndaşın sığındığı Qəzzanın cənubundakı Rəfah şəhərindəki kritik vəziyyəti vurğulayan liderlər “sonrakı hərbi əməliyyatların ağır nəticələri” barədə xəbərdarlıq edib və mülki şəxslərin müdafiəsini dəstəklədiklərini vurğulayıblar.

Üç ölkənin lideri zorakılığı, terrorizmi pisləyib və bütün tərəflərin beynəlxalq humanitar hüquqa hörmət etməsinin vacibliyini bir daha vurğulayıb.

“Biz humanitar yardım işçilərinin öldürülməsini, “Dünyanın Mərkəzi Mətbəxi”nin karvanına edilən son hücumu qınayırıq” – bəyanatda qeyd olunub.