Minatəmizləyənlər Stalinin ev-muzeyində və Dadianilərin Nikoseuli sarayında işlərini başa vurublar
Qoridə, Stalinin ev-muzeyində və Zuqdididə Dadiani sarayları Dövlət Tarix-Memarlıq Muzeyinin Nikoseuli sarayında minatəmizləyənlər işlərini başa vurublar.
Onlar Stalinin muzeyini və Dadiani sarayının ərazisini artıq tərk ediblər.
Partlayıcı qurğunun olması haqqında bildiriş ilə əlaqədar təxliyə edilən işçilər muzeyə buraxılıblar.
Mövcud məlumata əsasən, ərazidə heç bir partlayıcı qurğu aşkar edilməyib.