Milli Turizm Administrasiyası - Avropa İttifaqı tərəfindən iyuldan sonra sərhədinin elə dövlətlərlə açılması nəzərdə tutulur, hansılarında epid-vəziyyət Avropa İttifaqı ölkələrindəki kimi və yaxud daha yaxşıdır

İyulun birindən sonra, Avropa İttifaqı üçüncü ölkələrlə sərhədini ancaq üzv ölkələrinin razılığı ilə açacaq, – bu barədə Milli Turizm Administrasiyası tərəfindən yayılan məlumatda deyilir.

Administrasiyanın məlumatına görə, Avrokomisiyanın sərt tələbidir ki, seçilən üçüncü dövlətlər üçün Avropa İttifaqının üzvü olan bütün ölkələrin sərhədləri açılsın.

“Nəticədə, sərhədlərin açılması, istənilən ölkələrlə selektiv prinsiplərlə olmayacaq. Avropa ittifaqı rekomendasiyalar verir ki, iyul ayına qədər üçüncü ölkələrlə sərhədlər açılmasın” – deyilir məlumatda.

Gürcüstanın Milli Turizm Administrasiyasında bəyan edirlər ki, hələlik üçüncü ölkələrlə sərhədlərin açılması üçün ümumi rekomendasiyalar yayıldı, hansılarına əsasən, sərhədlər sadəcə elə ölkələrlə açılacaq, hansılarındaki epid-vəziyyət Avropa İttifaqının ölkələrindəki kimi və yaxud onlardan daha yaxşıdır.