Milli Turizm Administrasiyası - 2023-cü ilin doqquz ayında Gürcüstana 5,6 milyon beynəlxalq səyahətçi səfər edib
Milli Turizm Administrasiyası - 2023-cü ilin doqquz ayında Gürcüstana 5,6 milyon beynəlxalq səyahətçi səfər edib

 
Gürcüstanın Milli Turizm Administrasiyası yanvar-sentyabr ayları üzrə beynəlxalq səyahətçilərin statistik göstəricilərini dərc edir.

Turizm Administrasiyasının yaydığı məlumata əsasən, 2023-cü ilin I-III rübündə Gürcüstana 5 566 980 beynəlxalq səyahətçi səfər edib, bu da pandemiyadan əvvəlki göstəricilərin 76,9% bərpasıdır, 2022-ci illə müqayisədə isə artım +43% təşkil edir.

“Doqquz ayda beynəlxalq turist səfərlərinin sayı 3 655 576 nəfər təşkil edib , bu da 2019-cu ilin göstəricilərinin 91,6% bərpasıdır, 2022-ci illə müqayisədə artım +35,2% təşkil edir.

2023-cü ilin 3-cü rübünə olan vəziyyətə görə, 2 706 863 beynəlxalq səyahətçi səfər edib, bu da pandemiyadan əvvəlki göstəricilərin 80,2% bərpasıdır, 2022-ci illə müqayisədə artım +19,4% təşkil edir.

2023-cü ilin iyul-sentyabr dövründə Gürcüstana 1 725 093 beynəlxalq turist səfəri edilib, bu da 2019-cu ilin göstəricilərinin 92,6% bərpasıdır, 2022-ci illə müqayisədə isə artım +15,4% təşkil edir.

Beynəlxalq səyahətçilərin və beynəlxalq turist səfərlərinin sayı Ümumdünya Turizm Təşkilatının tövsiyəsi əsasında hazırlanmış metodologiyaya əsasən hesablanır və artıq həyata keçirilmiş və başa çatmış səfərləri əhatə edir” – deyə Milli Turizm Administrasiyasının məlumatında qeyd olunur.