Milli Statistika Xidməti- yanvar-sentyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 16,6 faizlə artıb
Milli Statistika Xidməti- yanvar-sentyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 16,6 faizlə artıb

 
2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstanda xarici ticarət dövriyyəsi 15 919,5 mln. ABŞ dolları təşkil edib , bu da əvvəlki ilin müvafiq göstəricisindən 16,6 faizlə çoxdur-bu barədə Milli Statistika Xidmətinin ilkin göstəricilərində qeyd olunur.

Milli Statistika Xidmətinin yaydığı məlumatda bu göstəricidən ixracın 4 607,2 mln. ABŞ dolları təşkil etdiyi, bunun da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faizlə çox, idxalın isə 11 312,3 mln. ABŞ dolları olduğu- artımın 18,3 faiz təşkil etdiyi deyilir.

2023-cü ilin yanvar-sentyabr aylarında mənfi ticarət saldosu 6 705,1 mln. ABŞ dolları olub, bu da xarici ticarət dövriyyəsinin 42,1 faizini təşkil edir.