Milli Statistika İdarəsi- aprel ayında yaşayış minimumu artıb və əmək qabiliyyətli yaşda olan kişilər üçün 241 lari təşkil edib
Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin aprelində mart ayı ilə müqayisədə Gürcüstanda yaşayış minimumunun miqdarı artıb.
İdarədən verilən məlumata əsasən, cari ilin mart ayında əmək qabiliyyətli kişilər üçün yaşayış minimumu 238,2 lari təşkil edirdisə, apreldə bu rəqəm 2,8 lari artaraq cəmdə 241 lari təşkil edib.
Bununla yanaşı, Milli Statistika İdarəsinin məlumatına görə, 2022-ci ilin mart ayı ilə müqayisədə aprel ayında orta istehlakçının yaşayış minimumu 2,5 lari artaraq 213,5 lari təşkil edir.
İdarədən açıqladıqları üzrə, 2021-ci ildən yeni statistik iş proqramına müvafiq olaraq, bu göstəricinin tərtibi artıq Milli Statistika İdarəsi tərəfindən həyata keçirilmir. İdarədən də açıqladıqları üzrə , bu göstərici heç bir planlaşdırma və qərar qəbul etmə prosesində istifadə edilmir. Milli Statistika İdarəsi yaşayış minimumunu minimal ərzaq səbəti əsasında müəyyən edir.
Minimal ərzaq səbəti isə əmək qabiliyyətli kişinin normal həyat və iş qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qida miqdarını əhatə edir. Yaşayış minimumunun ərzaq səbəti 40 adda məhsuldan – çörək, dənli bitki, ət, süd məhsulları, tərəvəz və qənnadı məmulatlarından ibarətdir.