Milli Statistika İdarəsi- 2022-ci ilin birinci rübündə süd istehsalı azalıb, ət istehsalı isə artıb
Milli Statistika İdarəsi- 2022-ci ilin birinci rübündə süd istehsalı azalıb, ət istehsalı isə artıb

 

Milli Statistika İdarəsinin ilkin məlumatlarına görə, 2022-ci ilin birinci rübünün sonu üçün iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalaraq bir milyon baş təşkil edib.

Bu göstəricidən, inək və camışın ümumi sayı 468,5 min baş müəyyən edilmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisinə bərabərdir. Qoyun və keçilərin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz azalaraq 987,0 min baş təşkil edib. Donuzların sayı 170,2 min baş olaraq müəyyən edilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 2,6 faiz azdır. Quşların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz azalaraq 10,3 milyonu təşkil edib.

Bununla yanaşı, Milli Statistika İdarəsinin ilkin məlumatlarına görə, 2022-ci ilin birinci rübündə süd istehsalı 112,2 milyon litr təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,7 faiz azdır. Ət istehsalı 16,7 min ton təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.

Hesabat dövründə 165,5 milyon ədəd yumurta istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz geri qalır.