Milli Olimpiya Komitəsi ilin ən yaxşılarını mükafatlandırdı
Milli Olimpiya Komitəsi ilin ən yaxşılarını mükafatlandırdı

Gürcüstanın Milli Olimpiya Komitəsi 2019-cu ilin idman qaliblərini mükafatlandırdı.

2019-cu ilin yeni kəşfi gənc dzyudoçu Eter Liparteliani oldu.

Luka Maisuradze isə, eyni mükafatı kişi dzyudoçuları arasında aldı.

Qış oyunu idman sahəsində ilin ən yaxşı gənc idmançıları Qoqa Bitadze, Maria Kazakova və Giorgi Revia oldular.

Giorgi İantbelidze ilin ən yaxşı məşqçisi oldu. Giorgi Tenadze isə, ilin ən yaxşı qadın idmanının məşqçisi mükafatını aldı.

İlin ən yaxşı ox atanı Nino Salukvadze oldu.

Ən yaxşı idman meneceri – Gürcüstanın Ağır Atletika Federasiyasının prezidenti Kaxi Kaxişvili oldu.

Ən yaxşı idman federasiyası statusunu Gürcüstanın döyüş federasiyası aldı.

Ağır atlet Laşa Talaxadze 2019-cu ilin ən yaxşı idmançısı oldu və Gürcüstan Bankından 10 000 lari aldı.

Eyni məbləği bankdan hədiyyə olaraq, paralimpik qılınclaşma idmançısı İrma Xetsuriani aldı.