Milli Kitabxanada "Bu ölkə sənindir!" adlı kampaniyanın təqdimatı keçirildi

Milli kitabxanada bugün “Bu ölkə sənindir!” adlı kampaniyanın təqdimatı keçirildi.

Kampaniya ictimaiyyətin gücləndirilməsinə xidmət edir.

Təqdimatda Avropa İttifaqının Gürcüstandaki səfirinin müavini Katalon German nitqlə çıxış edərkən, qeyd etdi ki, Avropa İttifaqı bu istiqamətdə Gürcüstanın yaxın müttəfiqidir.

“Vətəndaş cəmiyyətinin inkişaf təşəbbüsü” layihəsi çərçivəsində ictimaiyyət arasında yayılan stereotiplər və münasibət öyrənildi və kampaniyaya elə başladıldı.

Təqdimatda qeyd olundu ki, əhalinin fəallaşması lazımdır, çünki bir çox vətəndaş passivdir və onların passivliyi ölkədə gedən müxtəlif proseslərə təsir edir.

Tədqiqat əsasında kominikasiya strategiyası da işlədildi və sosiyal olaraq, fəal qruplar seçildi: tələbələr, gənclər, vətəndaş təhsilinin pedaqoqları və medya.

Həmçinin, təqdimatda qeyd olundu ki, gənclər üçün onlayn təhsil kursları keçiriləcək, 11 regional televiziyada verlişlər hazırlanacaq və sosiyal medyada kampaniyalar keçiriləcək.

Tədbir Avropa İttifaqının dəstəyi ilə keçirilir.