Milli Kinomərkəzi "Şindisi" filminin ilk treylerini yayır

Gürcüstan kinematoqrafiyasının milli mərkəzi bədii film “Şindisinin” ilk treylerini yayır.

Filmdə 2008-ci ilin Gürcüstan-Rusiya arasındaki avqust müharibəsində, Şindisi kəndində həlak olan 17 hərbi xidmətçinin hadisəsindən bəhs edilir.

Filmin ideyası “Şindisinin” prodyuseri olan Edmond Minaşviliyə aiddir.

Müharibə səhnələri üçün 20 nəfərlik aktyor qrupu Gürcüstanın Müdafiyə Nazirliyinin hərbi bazasında iki həftəlik hazırlıq keçdi.

Filmdə baş rolları Giqa Pipinaşvili və Dato Baxtadze oynayırlar.

“Şindisinin” çəkimləri üçün dövlət rezerv fondundan 801 384 lari ayrıldı və o Gürcüstanın ən yüksək büdcəli filmi oldu.

Film üzərində Almaniyadan dəvət edilən rejissor Dito Tsintsadze işləyirdi.