Milli futbol komandasının Gürcüstana qayıtması ilə əlaqədar sabah təntənəli tədbirlər keçiriləcək

22:29, 01.07.2024

 
Milli futbol komandasının Gürcüstana qayıtması ilə əlaqədar sabah təntənəli tədbirlər keçiriləcək. Bu haqda məlumatı Gürcüstan hökuməti yayır.

Hökumətin yaydığı məlumatda qeyd edildiyi üzrə, tədbirlər saat 22:00-da başlayacaq.

“İyulun 2-də saat 22:00-da Azadlıq meydanına toplaşırıq. Futbol yığmamızla bilikdə görüşək və birlikdə təşəkkür edək. Gürcüstanın dövlət himnini birlikdə oxuyaq və gürcü futbol möcüzəsini birlikdə qeyd edək. Saat 21:30-da futbol yığması üstü açıq avtobusla Mixeil Mesxi stadionundan Azadlıq meydanına doğru yürüşə başlayacaq. Saat 22:00-da Azadlıq meydanında futbol komandasına Gürcüstanın təşəkkürü” – yayılmış məlumatda deyilir.

Oxşar