Milli Bank Reqbi tematikası ilə bağlı 5 lari nominalının qızıl və gümüş kolleksiya monetlərini hazırladı [Foto]
Milli Bank Reqbi tematikası ilə bağlı 5 lari nominalının qızıl və gümüş kolleksiya monetlərini hazırladı [Foto]

Gürcüstanın Milli Bankı Reqbi tematikası ilə bağlı 5 lari nominalının qızıl və gümüş kolleksiya monetlərini hazırladı.

Monetləri bugün Milli Bankın prezidenti Koba Qvenetadze təqdim etdi.

Tədbirdə Gürcüstan reqbi komandasının üzvləri və milli komandanın məşqçisi Milton Heiq iştirak edirdilər.

Həmçinin, tədbirdə, parlamentin maliyyə-büdcə komitəsinin sədri İrakli Kovzanadze, Diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak edirdilər.

Milli Bankın məlumatına görə, monetin dizaynı Mamuka və Nita Qonqadzelərə aiddir.

Monetlər Litvada hazırlanıb.

Yeni kolleksiya monetlərinin satışı sabahdan başlayacaq.

Maraqlanan şəxslər onları Milli Bankın Kassa Mərkəzindən və yaxud Kvareli pul muzeyindən ala bilərlər.