Milli Bank pul siyasəti üzrə faiz dərəcəsini dəyişməz, 8.0 faiz səviyyəsində saxlayır
Milli Bank pul siyasəti üzrə faiz dərəcəsini dəyişməz, 8.0 faiz səviyyəsində saxlayır

 

Gürcüstan Milli Bankının Pul Siyasəti Komitəsi 2025-ci ilin mayın 7-də keçirilən iclasında pul siyasəti üzrə faiz dərəcəsinin (yenidən maliyyələşdirmə dərəcəsi) dəyişməz qalması barədə qərar qəbul edib. Pul siyasəti üzrə faiz dərəcəsi 8 faiz təşkil edir.

İnflyasiya hədəf – üç faizlik göstəriciyə yaxın qalır. Aprel ayına olan vəziyyətə görə illik inflyasiya 3.4 faiz təşkil edib, istehlak səbətindən yüksək dəyişkənliyi ilə seçilən qida məhsullarını, enerji daşıyıcılarını və siqaret qiymətlərini istisna edən baza inflyasiyası isə 2.3 faiz olub. Cari ildə inflyasiyanın dinamikasına, bir tərəfdən, beynəlxalq qida qiymətlərinin artan tendensiyası təsir edir, bunu da indiki mərhələdə qlobal miqyasda dolların zəifləməsi nəticəsində larinin məzənnəsinin nisbətən güclü mövqeyi yüngülləşdirir. Digər tərəfdən, beynəlxalqla yanaşı, qida inflyasiyasının artması, 2025-ci ilin mart ayından, yerli bazarda çörəyin qiymətinin birdəfəlik bahalaşmasına səbəb olub. Yerli iqtisadi fundamental amillərin hələ də qiymətlərin sabitliyini təmin etməsi vacibdir. Xüsusilə, güclü ümumi tələbin qiymətlərə təsiri istehsal potensialının yaxşılaşdırılması ilə müəyyən dərəcədə neytrallaşdırılır. Buna paralel olaraq, uzunmüddətli inflyasiya gözləntiləri sabitdir, buna yerli (çörəyin qiymətinin effekti istisna olmaqla) və xidmətlər üzrə inflyasiya göstəricilərinin hədəf, üç faizlik göstəriciyə yaxın qalması işarə edir.

Qlobal iqtisadi qeyri-müəyyənlik fonunda, inflyasiyaya, həm artım, həm də azalma istiqamətində təsir edən risklər ortaya çıxıb. Bir tərəfdən, son dövrlərdə gedən qlobal hadisələr iqtisadi fraqmentasiya əlamətlərini ortaya çıxarır, bu da staqflasiya risklərini gücləndirir və Gürcüstanda idxal edilmiş inflyasiyanın artması risklərini yaradır. Digər tərəfdən, artıq qeyd olunduğu kimi, dolların qlobal indeksinin (DXY) zəifləməsi, larinin dollar qarşısında mövqeyinin yaxşılaşması ilə müşayiət olundu. Bu isə dollarla denominasiya edilmiş borcların xidmət yükünü azaldır və müvafiq olaraq, bu kanal vasitəsilə inflyasiya təzyiqini yüngülləşdirir. Paralel olaraq, qlobal tələbin azalması və neft təchizatının artması gözləntiləri fonunda, beynəlxalq bazarlarda neftin qiymətləri azalır. Bu, larinin dollar qarşısında möhkəm mövqeyini qorumaqla birlikdə, deflyasion təsirə malikdir.

Gürcüstanda, qiymətlərin sabitliyinin qorunması ilə paralel olaraq, iqtisadi fəaliyyət hələ də güclüdür. Xüsusilə, 2025-ci ilin birinci rübündə real ÜDM-in artımı orta hesabla 9.3 faiz təşkil edib. Bu, böyük ölçüdə iqtisadiyyatın struktur dəyişiklikləri ilə əlaqədardır, bu isə ÜDM-in artımında məhsuldar sektorların hələ də yüksək töhfəsi ilə təsdiqlənir. Lakin, eyni zamanda, güclü daxili tələb də yüksək iqtisadi artıma kömək edir. Bu isə tələbin qiymətlər üzərində təzyiqini diqqətəlayiq amil olaraq saxlayır.