Milli Bank - Oktyabr ayı ilə müqayisədə noyabrda bank sektorunda yerləşdirilən əmanətlərin miqdarı yarım milyard laridən çox artıb
Milli Bank - Oktyabr ayı ilə müqayisədə noyabrda bank sektorunda yerləşdirilən əmanətlərin miqdarı yarım milyard laridən çox artıb

 
Gürcüstan Milli Bankının hesabatına əsasən, 2023-cü ilin noyabr ayının sonu üçün bank sektorunda yerləşdirilən qeyri-bank əmanətlərin həcmi 50,42 milyard lari təşkil edib ki, bu da əvvəlki ayın sonuna olan göstəricidən 581,85 milyon lari və ya 1,17%-lə çoxdur.

Mərkəzi Bankdan verilən məlumata əsasən, noyabrda əvvəlki ayla müqayisədə müddətli əmanətlər 27,80 milyon lari və ya 0,14%-lə artıb, müddətsiz əmanətlər isə 554,05 milyon lari və ya 1,86%-lə artıb.

MB-ın yaydığı məlumatda 2023-cü ilin noyabr ayının sonu üçün əmanətlərin lariləşdirilmə əmsalının 49,25 faiz təşkil etdiyi deyilir. Əvvəlki ayın sonuna olan vəziyyət ilə müqayisədə əmanətlərin lariləşdirilməsi 0,42 faiz bəndi azalıb.

Bununla yanaşı, Milli Bankın yaydığı məlumata əsasən, noyabr ayında müddətli əmanətlər üzrə orta ölçülmüş bazar faiz dərəcəsi 7,97%, o cümlədən milli valyutada yerləşdirilən əmanətlər üzrə 10,48%, xarici valyutada olan əmanətlər üzrə isə 2,40% təşkil edib.

Xarici valyutada yerləşdirilən əmanətlər üzrə ABŞ dollarının payı 78,07%, avronun payı isə 20,14% təşkil edib.