Milli Bank Mamuka Xazaradzenin və Badri Caparidzenin "TBC" Bankın nəzarət şurasında olmayacaqları barədə qərarı salamlayır
Milli Bank Mamuka Xazaradzenin və Badri Caparidzenin "TBC" Bankın nəzarət şurasında olmayacaqları barədə qərarı salamlayır

Milli Bank, TBC Bankın təsisçi direktorları Mamuka Xazaradzenin və Badri Caparidzenin “TBC” Bankın nəzarət şurasında artıq nümayəndə olmayacaqları barədə qərarı salamlayır.

Bununla bağlı Milli Bank bəyanat yayıb.

Milli Bankın dediyinə görə, TBC Bank güclü və stabil bir kredit institutudur və Milli Bank tərəfindən qoyulan bütün iqtisadi normativləri və limitləri tam şəkildə qane edir.

“Milli Bank öz səlahiyyətləri çərçivəsində, verdiyi qərarların yerinə yetirilməsi üçün monitorinq keçirməyə davam edəcək. Bu qərarla, hər iki tərəfdən konkret məsələ həll ollundu. Hərkəsə müraciət edirik ki, bu məsələ ilə spekulyasiyalardan baş qaçırdsınlar” – deyilir bankın bəyanatında.

“TBC Bankın” nəzarət şurasının sədri Mamuka Xazaradze TBC Bankı tərk edir.

Onun dediyinə görə, Londonda TBC Bankın nəzarət şurası Milli Bankla hüquqi davanın dayandırılması haqqında qərar aldı.

Mamuka Xazaradze və Badri Caparidze TBC Bankın sadəcə nəzarət şurasından gedirlər, ancaq bankın sahibi olan “TBC Bank qrup”-un (TBC Bank Group PLC) direktorlar şurasında qalırlar.