Milli Bank əhaliyi ehtiyyatlı olmağa çağırır
Milli Bank əhaliyi ehtiyyatlı olmağa çağırır

Gürcüstanın Milli Bankı əhaliyə müraciət edir ki, vətəndaşlara yüksək riskli maliyyə instrumentlərinə pul qoymağı təklif edən şirkətlərlə ünsiyyətə girərkən ehtiyatlı olsunlar.

Bu barədə məlumat Milli Bankın yaydığı bəyanatda verilir.

Milli Bankın bəyanatına görə, qeyd olunan tapşırıq, əhaliyə elektron valyuta bazarlarında sərmayə qoymağa və ticarət etməyə çağıran şirkətlərə də aiddir, məsələn FOREX.

“Belə şirkətlər əhaliyi səhvə salmaq üçün “maliyyə”, “broker”, “investisiya” kimi terminlərdən istifadə edirlər və elə təəssürat yaradırlar ki, güya onlar maliyyə sektorunun lisenziyalı nümayəndələridirlər. Gürcüstan qanunvericiliyinə əsasən, FOREX platforması hazırda Milli bank tərəfindən nəzarət edilmir.

Gələcəkdə pul itkilərindən baş qaçırdmaq üçün, əhaliyə müraciət edirik ki, bu cür şirkətlərdən uzaq dursun” – deyilir Mili Bankın bəyanatında.