Milli azlıqlar məsələləri üzrə çalışan təşkilatların nümayəndələri baş nazir, prezident və parlamentin sədri ilə görüş tələb edirlər
Milli azlıqlar məsələləri üzrə çalışan təşkilatların nümayəndələri baş nazir, prezident və parlamentin sədri ilə görüş tələb edirlər

Gürcüstanda milli azlıqlar məsələləri üzrə çalışan təşkilatların nümayəndələri, baş nazir, prezident və parlamentin sədri ilə görüş tələb edirlər və onların adına müraciət yayırlar.

Müraciətin müəllifləri vətəndaş inteqrasiyası və etnik azlıqların hüquqlarının qorunması baxımından ən kəskin problem olaraq, qərar vermə proseslərində etnik azlıqların qoşulması məsələsini xüsusi ilə vurğulayırlar.

Etnik azlıqların iştirakı və inteqrasiya problemləri üzrə çalışan təşkilatlar, milli azlıqların qərar vermə prosesinə qoşulmaları ilə bağlı vəziyyəti kritik dəyələndirirlər və bu sahədə mövcud olan vəziyyətin yaxşılaşdırılması məqsədi ilə, Gürcüstanın qanunverici və icraçı iqtidarının nümayəndələri ilə görüş tələb edirlər.

Müraciəti Vətəndaş İnteqrasiyası Fondunun nümayəndəsi Zaur Xəlilov,  Qoşulma və inkişaf mərkəzinin nümayəndəsi Agit Mirzoev və Ümumi-vətəndaş hərəkatı “Çoxmillətli Gürcüstan” təşkilatının nümayəndəsi Arnold Stepanyan imzalayırlar.