Milli Arxivdə XX əsrin əvvəllərinə aid gürcü kilsə rəsminə dair sərginin açılışı edilib
Milli Arxivdə XX əsrin əvvəllərinə aid gürcü kilsə rəsminə dair sərginin açılışı edilib.
“Gürcüstan Ədliyyə Nazirliyinin Milli Arxivinin sərgi pavilyonunda sözügedən dövrün gürcü kilsə rəssamlığı ilə bağlı görkəmli yerləri, insanları, yaradıcılığı canlandıran “Gürcü kilsəsi rəsm əsəri 1900-1921” sərgisi keçirilir. Sərginin ziyarətçisi 20-ci əsrin əvvəllərində Gürcüstanda fəaliyyət göstərən, həvəskar və peşəkar, gürcü və xarici rəssamların (Dmitri Şevardnadze, Henrik Hrinevski, Valerian Sidamon-Eristavi və s.) kilsə rəssamlığı sənəti ilə tanış olacaq. Eksponatlar Gürcüstanın Milli Arxivində və rəssamların ailə arxivlərində qorunub saxlanılıb, həmçinin həmin dövrə aid və kilsə rəsmlərinin tədqiqi nəticəsində toplanıb. Sərginin kuratoru rəssam, sənətşünaslıq üzrə doktor Ana Mqaloblişvilidir”, -bu haqda Milli Arxivin məlumatında deyilir.
Sərgi mayın 5-dək davam edəcək.