Milli Arxivdə "İlk Gürcüstan Demokratik Respublikası" adlı sərgi açıldı
Sərgi Gürcüstanın müstəqilliyinin elan edilməsinin 105-ci ildönümünə həsr olunub. Bu gün Gürcüstan Ədliyyə Nazirliyinin Milli Arxivinin sərgi pavilyonunda “Birinci Gürcüstan Demokratik Respublikası” ekspozisiyası açılıb.
Sərgidə Gürcüstanın Milli Arxivində qorunan Gürcüstanın 1918-1921-ci illər tarixini əks etdirən müxtəlif materiallar təqdim olunur. Sənədlər arasında Birinci Cümhuriyyətin rəmzləri – müstəqillik aktları, gerb və bayrağın eskizləri, himnin qeydləri, o cümlədən 26 Mayın təntənəli qeyd edilməsinə dair sənədlər və ölkənin siyasi, ictimai və mədəni həyatını əks etdirən arxiv materialları var.
Milli Arxivin sərgi pavilyonundakı ekspozisiya iki ay davam edəcək və ona baxış pulsuzdur.