Mixeil Saakaşvilinin tərəfdarları və prokurorlar arasında qarşıdurma baş verdi

“Süpürgəçi prokurorlar”, – Mixeil Saakaşvilinin tərəfdarları, onun işini müzakirə edən prokurorlara belə səsləndilər.

Şəhər Məhkəməsinin foyesində baş verən sözlü qarşıdurma zamanı, prokurorlara konfetlər atıldı.

Məhkəmə prosesində “Milli Hərəkat” partiyasının üzvləri və Mixeil Saakaşvilinin tərəfdarları iştirak edirdilər.

Sandro Girgvilianinin öldürülməsi ilə bağlı epizodun müzakirəsindən sonra, hakim qərar vermək üçün, məhkəmə zalından çıxdı.

Zalda, Saakaşvilinin hakimiyyət dövründə, polislər tərəfindən öldürülən Zurab Vazaqaşvilinin qətlində ittiham edilən şəxsin Giorgi Tsaadzenin bacısı da iştirak edirdi. İrina Tsaadzenin bəyanatına görə, prokurorlar Gürcüstan əhalisini aldadırlar.

Saakaşvilinin tərəfdarları prokurorları və hakimi sözlə təhqir etdilər.