Mixeil Saakaşvilinin tərəfdarları şəhər məhkəməsinin həyətində etiraz əlaməti olaraq Rusiya bayrağının üzərindən keçiblər, sonra isə onu zibil qutusuna atıblar

 

Tbilisi Şəhər Məhkəməsinin qarşısına toplaşan Mixeil Saakaşvilinin tərəfdarları Rusiya bayrağını məhkəmənin həyətinə aparıblar, yerdə açaraq , üzərindən keçiblər daha sonra isə zibil qutusuna atıblar.

Onların sözlərinə görə, bu, dünən Rusiyanın Birinci Kanalının efirində yayımlanan hadisələrə cavabdır , efir vaxtı studiyanın döşəməsində Gürcüstan bayrağı  təsvir olunmuşdu və onun üzərində hərəkət edirdilər.

Aksiya iştirakçıları bildirirlər ki, Vladimir Putin heç vaxt Gürcüstana daxil ola bilməyəcək. Bununla yanaşı, aksiya iştirakçılarının ikinci hissəsi kağız üzərində şüarlar yazıblar.