Mixeil Saakaşvili - Mən qələbə üçün doğulmuşam
Mixeil Saakaşvili - Mən qələbə üçün doğulmuşam

“Mən qələbə üçün doğulmuşam və qələbəyə necə Ukraynada, eləcə də Gürcüstanda mütləq nail olacam” – bu barədə bəyanatı Mixeil Saakaşvili Kiyevdə, Birinci Kanalın jurnalistlərinə, tərəfdarları tərəfindən azad edildikdən sonra verdi.

“Nə Gürcüstanda, nə də Ukraynada mübarizəmi dayandırmayacam” – dedi Saakaşvili.

Yarım saat bundan əvvəl, Saakaşvilinin tərəfdarları onu hüquq-mühafizəçilərin maşınından çıxartdılar və azad etdilər.

Saakaşvili öz tərəfdarlarına müraciət etdi ki, mübarizələrini dayandırmasınlar.

“Məni həbs edən hüquq-mühafizəçilər belə, Ukrayna iqtidarını sevmirlər, ona görə də, onlar bizdən qorxmalıdırlar çünki biz milyonlarlayıq və çox güclüyük” – dedi Saakaşvili.

Odessanın sabiq baş naziri geniş miqyaslı aksiya keçirməyi planlaşdırırır və Petro Poroşenkonun impiçmentini tələb edir.