Mixeil Saakaşvili - İndi hər birimizin sahəyə çıxıb, hər yerə dolub, xalqla danışmağımızın zamanıdır
Mixeil Saakaşvili - İndi hər birimizin sahəyə çıxıb, hər yerə dolub, xalqla danışmağımızın zamanıdır

“Qalib olduğumuz inandırıcı dərəcədədir, ancaq, indi hər birimizin sahəyə çıxmağımızın zamanıdır” – bu barədə bəyanatı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili öz video-müraciətində verdi.

Onun dediyinə görə, 31 oktyabrda adi seçkilər olmayacaq.

“Oktyabrın 31-də tarixi seçkilər olacaq, çünki o tarixdə bilinəcək, Gürcüstan bizim mi olacaq, yoxsa dünya xəritəsindən tamamən silinəcək mi.  Biz qalib olmasaq, gürcü dövlətçiliyi ideyası öləcək. Ona görə də, “Milli Hərəkata” və birləşmiş müxalifətə müraciət edirəm, indi hər birimizin sahəyə tökülüməyimizin vaxtıdır. Onlar bizə çox tələ hazırlayıblar və onlara bunu etmək imkanını verməməliyik. Hər yerdə olaq, hər yerə hücum edək və xalqla danışaq. Sadəcə “Facebookda”, yazmaq əhəmiyyətlidir, ancaq kifayət deyil. Şəxsi ünsiyyətlə xalqı inandırmalıyıq ki, seçkilərdə iştirak etmək çox vacibdir. İtirəcək heç bir dəqiqəmiz yoxdur. Mən özüm qələbəyə qalan saniyələri sayıram. İnandırıcı qələbəmiz üçün çox az zaman qalıb” – dedi Mixeil Saakaşvili.